Bakıda bıçaqlanma faktı qeydə alınıb.
APA xəbər verir ki, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsində 1972-ci il təvəllüdlü Sədrədddinbəyov Kamil Arif oğlu mübahisə zəminində həmyerlisi tərəfindən bıçaqlanıb. Xəsarət almış şəxs xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.