Bu TV-nın sədr müavini  vəzifəsindən azad edildi
22 iyul 2026 22:30 (UTC +04:00)

Bu TV-nın sədr müavini vəzifəsindən azad edildi

0

Xaliq Yunis oğlu Babayev “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Həmçinin eyni tarixli digər bir sərəncamla isə Vüsal Hicran oğlu Muradov “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Vüsal Muradova həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar