Belə olsa, metro yenidən bağlanacaq
08 may 2020 17:28 (UTC +04:00)

Belə olsa, metro yenidən bağlanacaq

0

“Təcrübəmizdən çıxış edərək düşünürəm ki, mayın 9-da, qeyri-iş günü sərnişin sıxlığı olmayacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Hidayət  Məmmədov bildirib.

Hidayət Məmmədov deyib ki, metroda qatarlar 2 dəqiqə intervalla hərəkət edəcək: "Lazım gələrsə, sıxdığı aradan qaldırmaq üçün qatarların hərəkət qrafikində dəyişikliklər olacaq".

O, “Bakı Metropoliteni”nin karantin rejiminə əməl edəcəyini, mayın 31-dək yaşı 65-dən yuxarı işçilərin işə cəlb edilməyəcəyini söyləyib.

“Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov isə bildirib ki, əgər sosial məsafə qorunmasa, koronavirusa yoluxma arta, metro yenidən bağlana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 11175

Oxşar yazılar