Dərslər belə bərpa oluna bilər - Nazir açıqladı
27 aprel 2020 17:41 (UTC +04:00)

Dərslər belə bərpa oluna bilər - Nazir açıqladı

0

"Tədricən yumşaldıcı tədbirlərə başlamışıq. Mövcud vəziyyət təhlil edilərək tədris prosesinin bərpa olunması üçün müvafiq addımlar atılacaq".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, yumşaldılma tədbirləri barədə qərarlar qəbul olunan zaman təhsil sektoru ilklərdən ola bilməz: "Növbəti mərhələdə bunlar müzakirə oluna bilər. Şagirdlərin dərs proqramından geri qalmaması üçün tədbirlər davam etdiriləcək. Ehtiyac olarsa, növbəti aylarda onlayn rejimdə dəstəkləyici vasitələrlə geri qalmalarının qarşısı alınacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 27713

Oxşar yazılar