Kolumbiyanın ən istedadlı futbolçularından biri  "Liverpul"da
23 iyul 2026 09:44 (UTC +04:00)

Kolumbiyanın ən istedadlı futbolçularından biri "Liverpul"da

0

İngiltərənin əfsanəvi futbol klubu “Liverpul” Kolumbiyanın “Atletiko Nasional” klubundan 17 yaşlı hücumameylli yarımmüdafiəçi Samuel Martinezin transferini başa çatdırıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, gənc istedad yalnız bir ildən sonra "qırmızılar"a qoşula biləcək. O, 2027/2028 mövsümünün startından əvvəl "qırmızılar"ın tam hüquqlu üzvü olacaq.

Martines Kolumbiyanın ən perspektivli və istedadlı futbolçularından biridir.
Samuel bu yaz ölkəsinin gənclər komandasına Cənubi Amerika U-17 Çempionatında qalib gəlməyə kömək etməklə özünə ad qazanıb.

O, turnirin bütün altı oyununda iştirak edib və üç məhsuldar ötürmə edib.

Martines Braziliyaya qarşı yarımfinalda (3:0) və Argentinaya qarşı finalda (4:0) aktiv olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar