Koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ
27 aprel 2020 12:48 (UTC +04:00)

Koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ

0

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa təkrar yoluxma ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, ÜST-ün məlumatında bildirilir ki, hazırda koronavirusa yoluxan və sağalan, bədənində antitellər olan şəxslərin yenidən təkrar yoluxmayacağına dair heç bir sübut yoxdur.

Məlumatda qeyd edilir ki, bəzi hökumətlər COVİD-19-dan sağalan və bədənində virusa qarşı antitellər olan şəxslərin təkrar infeksiyadan qorunduğunu güman edərək bunun səyahətə və ya işə qayıtmağa imkan yaradan "toxunulmazlıq pasportu" və ya "risksiz sertifikat" olduğunu düşünürlər: “Belə insanların ikinci bir infeksiyadan qorunmasına dair heç bir dəlil yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2801

Oxşar yazılar