“Operativ Qərargahın bir bölməsi kimi tibbi maskalardan istifadənin məcburi olmasına dair hökumətə müraciət etmişik. Təlimat və qaydaların təsdiqlənməsi ilə bir sıra müəssisələrdə, o cümlədən qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olacaq”.
APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, tibbi maskalardan istifadənin zəruriliyi ilə bağlı qaydalara nəzarət isə aidiyyəti qurumların səlahiyyətindədir: “Bu qaydalar məcburidirsə, təbii ki, arxasında cərimələr də dayanmalıdır”.