Ağcabədi, Lənkəran və Oğuzda şəhidlər dəfn edildi
14 sentyabr 2022 11:50 (UTC +04:00)

Ağcabədi, Lənkəran və Oğuzda şəhidlər dəfn edildi

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Ağcabədi rayon sakini, 1998-ci il təvəllüdlü Əsgər Fərzəliyev Emin Elnur oğlu Ağcabədi rayon şəhidlər xiyabanında dəfn olunub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, şəhidin tabutuna sarılmış Azərbaycan bayrağı, atası Elnur Fərzəliyevə təqdim olunub.

***

Lənkərandan olan şəhid Xəyal Əhədzadə Əlövsət oğlu dəfn edilib.

Şəhid Nərimanabad qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki şəhid Xəyal Əhədzadə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O Füzulidən Şuşaya kimi döyüş yolu keçib. Ölkə başçısının müvafiq sərəncamları ilə orden və medallarla təltif edilib.

***

Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Oğuz rayonu Qarabaldır kənd sakini Nail Adil oğlu Abbasovun cənazəsi bu gün doğulduğu Oğuz rayonu Qarabaldır kəndinə gətirilib.

Nail Abbasovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

Şəhid Nail Abbasov kəndinin qəbiristanlığında dəfn olunub. Şəhidin cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.

# 2841
avatar

Oxşar yazılar