Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yarandı
18 yanvar 2026 15:59 (UTC +04:00)

Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yarandı

0

Yağan qar səbəbindən günorta saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, xüsusilə sərt döngəli və enişli hissələrdə bəzi nəqliyyat vasitələri yolda qalıb, yol-nəqliyyat qəzaları qeydə alınıb.

Sürücülərə hava şəraitini nəzərə almaq tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar