Akademik Eldar Salayev dəfn olundu -  YENİLƏNİB
21 iyun 2022 15:29 (UTC +04:00)

Akademik Eldar Salayev dəfn olundu - YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, akademik Eldar Salayev II Fəxri xiyabanda dəfn olunub.

Lent.az APA-ya istinadla  xəbər verir ki, əvvəlcə mərhumla Təzə Pir məscidində vida mərasimi keçirilib.

Daha sonra dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.

Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, elm və təhsil xadimləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

12:32

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olan Eldar Salayev II Fəxri Xiyabanda dəfn olunacaq.

Lent.az-a bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Bildirilib ki, II Fəxri Xiyabanda əvvəlcə vida mərasimi keçiriləcək. Vida və dəfn mərasimində AMEA rəhbərliyi və akademiklər iştirak edəcək.

11:06

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti Eldar Salayev vəfat edib.

Lent.az bildirir ki, bu barədə APA-ya oğlu Kamal Salayev bildirib. O deyib ki, atası ötən gün axşam saatlarında 88 yaşında vəfat edib.

# 7836
avatar

Oxşar yazılar