Altı illdən sonra Bakı-Tbilisi qatarı ilk səfərini etdi - YENİLƏNİB
26 may 2026 09:15 (UTC +04:00)

Altı illdən sonra Bakı-Tbilisi qatarı ilk səfərini etdi - YENİLƏNİB

0

Ötən gün saat 23:10-da Bakıdan Tbilisiyə yola düşən sərnişin qatarı saat 09:04-də təyinat məntəqəsinə çatıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılanma mərasimi olub.

Tədbirdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze və digər rəsmi şəxslər iştirak ediblər.

Bununla da altı illik fasilədən sonra Bakı-Tbilisi qatarı ilk səfərini həyata keçirib.

Qeyd edək ki, Tbilisidən qatar bu gün saat 21:00-da yola düşəcək və sabah saat 06:24-də Bakıya çatacaq.

***

25 may, saat: 23:19

6 illik fasilədən sonra Bakı–Tbilisi arasında sərnişin qatarlarının hərəkəti yenidən bərpa olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün ilk sərnişinlər yenilənmiş marşrut üzrə yola düşüblər.

Xatırladaq ki, 2019-cu ildə Bakı–Tbilisi–Bakı marşrutu üzrə istismar olunan köhnə qatarlar artıq istifadədən çıxarılıb. Hazırda reyslər müasir “Stadler” vaqonları ilə həyata keçirilir.

Yeni nəsil hərəkət tərkiblərində sərnişinlər üçün daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti yaradılıb.

Qatar 23:10-da yola düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 998

Oxşar yazılar