Avropada iş imkanı  Ayda 3600 avro maaş və kirayə dəstəyi "təklif olunur"
21 iyul 2026 16:12 (UTC +04:00)

Avropada iş imkanı Ayda 3600 avro maaş və kirayə dəstəyi "təklif olunur"

0

Xorvatiyanın Adriatik dənizində yerləşən Vis adasında yüksək maaşlı və kirayə xərclərinin bir hissəsinin qarşılandığı maraqlı iş vakansiyası elan edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Xorvatiyanın Komija şəhərində yerləşən və UNESCO-nun "Vis Arxipelaqı" Qlobal Geoparkı üçün icraçı direktor axtarılır. Məlumata görə, işə qəbul olunan şəxs geoparkın gələcək inkişafına rəhbərlik edəcək, layihələri idarə edəcək və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirəcək. Elanda qeyd olunur ki, bu, adi iş deyil. Namizəddən Vis və Komija şəhərləri, yerli icmalar, qeyri-hökumət təşkilatları, sahibkarlar, elmi və təhsil müəssisələri, eləcə də beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın inkişafına töhfə verməsi gözlənilir. İcraçı direktor geoparkın fəaliyyətinə rəhbərlik etməli, komandanı və layihələri idarə etməli, yeni maliyyə mənbələri və tərəfdaşlıqlar yaratmalı, həmçinin Vis arxipelaqının UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsində mövqeyini gücləndirməlidir. Vakansiya üzrə əmək müqaviləsi 4 il müddətinə bağlanacaq və ilk 6 ay sınaq müddəti olacaq. Namizədə aylıq 3600 avro (brüt) əməkhaqqı ödəniləcək. Bundan əlavə, yaşayış xərclərinə dəstək məqsədilə hər ay 400 avro kirayə kompensasiyası veriləcək. Müraciətlər 22 iyul 2026-cı il, saat 23:59-dək qəbul olunur.

Digər vakansiya da elan olunub

Komijada fəaliyyət göstərən Dəniz Mərkəzi də yeni əməkdaş axtarır. Müəssisə texniki xidmət ustası vəzifəsi üçün məsuliyyətli və praktiki bacarıqlara malik namizəd axtarışındadır. İşə binaların, ictimai ərazilərin və avadanlıqların texniki xidməti, xırda tikinti, dülgərlik və çilingərlik işləri, yaşıllıqlara qulluq, avadanlıqların quraşdırılması və təmiri, tədbirlərin hazırlanmasına dəstək, həmçinin əlverişsiz hava şəraitinin nəticələrinin aradan qaldırılması daxildir. Bu vəzifə üzrə aylıq əməkhaqqı 2100 avro təşkil edir. Namizədlərdən ən azı 1 il iş təcrübəsi, B kateqoriyalı sürücülük vəsiqəsi, məhkumluğun olmaması barədə arayış və işə yararlılığı təsdiq edən tibbi sənəd tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar