Azərbaycan bağçalarında  SAXTAKARLIQ   – Adı var, özü yox
08 sentyabr 2022 11:40 (UTC +04:00)

Azərbaycan bağçalarında SAXTAKARLIQ – Adı var, özü yox

“Aparılan monitorinqlər nəticəsində müşahidə etdik ki, bağçada uşaq olmasa da, adı siyahıda olanlar olub”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinə verilməsindən sonrakı müddətdə 1700 bağçanın 1500-də monitorinq keçirilib:

"Görürdük ki, orada təqdim olunan tədrisin məzmunu çoxunda oxşardır. Həll olunmalı bir neçə məsələ var idi. İlk məsələ uşaqların məlumatlarının vahid informasiya sisteminə toplanması idi. Çünki bəzən bağçaya gəlməyib adı sənəddə olan uşaq var idi. Məlumat bazası artıq formalaşdırılıb. İki ay müddətində uşaqların qeydiyyatı ilə bağlı çox şikayət olurdu. Artıq məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu iyulun 22-dən elektronlaşdırıldı. Bəzi çətinliklər hələ də var, çünki bu, yeni fəaliyyətdir".

Şöbə müdiri əlavə edib ki, Bakı, Abşeron və Sumqayıt üzrə bağçalara qeydiyyatla bağlı müəyyən problemlər var: "Boş yerlərin sayı ilə qeydiyyata düşmək istəyənlərin sayında ciddi fərq var. Belə ki, Bakıdakı bağçalar üçün təxminən 6000-ə yaxın boş yer olsa da, 30 minə yaxın valideyn müraciət edir. Bəzən yer var, ancaq sistemdə görünmür. Bu kimi hallarla da rastlaşırıq. Bölgələr də var ki, boş yer təqdim olunsa da, ancaq qeydiyyatdan vəmi bir-iki nəfər keçib. Təqvim ilinin sonuna sıxlıq, yer ehtiyacı məsələsində inanırıq ki, yaxşı mənzərəyə nail olacağıq. Yeni bağça qruplarının açılması məsələsinə də baxılacaq".

# 3279
avatar

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57