“Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda konfrans keçirildi - FOTO
28 iyun 2022 13:32 (UTC +04:00)

“Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda konfrans keçirildi - FOTO

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda konfrans keçirilib.

Lent.az xəbər verir ki, konfrans Avrasiya Sivilizasiyasının Tədqiqi üzrə Koreya Assosiasiyası, Koreyanın Azərbaycandakı səfirliyi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə keçirilib.

Konfransda azərbaycanlı və koreyalı elm xadimləri, o cümlədən arxeoloqlar və digər mötəbər qonaqlar iştirak edib.

AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov 30 il ərzində Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin keçdiyi böyük inkişaf yolundan, eyni zamanda, SEBA Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilmiş Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyasının uğurlu fəaliyyətindən bəhs edib.

Koreya səfiri Li Eun Yong Koreya və Azərbaycandan olan ekspert və akademiklərin iştirakı ilə belə bir konfransın keçirilməsindən böyük məmnunluq duyduğunu qeyd edib və konfransın təşkilatçılarına öz təşəkkürünü bildirib.

Koreyanın Seul Milli Universitetinin professoru Yi Seon-Bok çıxışında 2009-cu ildən başlayan, 10 ildən artıq davam edən, Koreyanın 13 qurumunu təmsil etmiş təxminən 150 tədqiqatçıya Qəbələnin Səlbir və digər ərazilərində arxeoloji qazıntı işlərini aparmaq üçün yaradılmış imkan və hər cür şəraitə görə, SEBA Assosiasiyasının rəhbərliyinə və əməkdaşlarına öz dərin minnətdarlığını bildirib.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov Qəbələdə müxtəlif illərdə aparılmış arxeoloji tədqiqatlardan və onların uğurlu nəticələrindən danışıb.

Tədbirdə çıxış edən tarix elmləri namizədi, SEBA Assosiasiyasının şöbə müdiri İradə M. Nəcəfova 2004-cü ildən fəaliyyət göstərən SEBA Assosiasiyasının Azərbaycan-Koreya əlaqələrinin inkişafında elm, ədəbiyyat, təhsil, mədəniyyət, səhiyyə, xeyriyyəçilik və s. istiqamətlərdə apardığı fəaliyyətlərin mühüm rolu olduğunu qeyd edib.

Tədbirdə Qəbələ arxeoloji tədqiqatları haqqında film nümayiş olunub.

# 2109
avatar

Oxşar yazılar