Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU  – Stressə girməyəcəksiniz
05 may 2025 14:39 (UTC +04:00)

Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz

Seçdiyimiz ixtisas həyat yolumuzu kökündən dəyişir. Lakin bəzən istəmədən də olsa,  özümüzə uyğun olmayan, xarakterimizə yad istiqamətə üz tuturuq. 

Bəs bu halda nə edək? Yenidən imtahana hazırlaşmaq, oxumaq, yetərli keçid balını toplayıb-toplaya bilməmək… Bu düşüncələr özü də həyat standartlarımızı endirib, stress yaradır.

Lent.az sizə yenidən istədiyimiz sahə üzrə (ilk təhsil aldığımız ixtisas qrupuna uyğun) təhsil almağın daha asan və əlverişli yolunu təqdim edir. Bu “Təkrar ali və orta ixtisas təhsili”dir.

Təkrar ali və orta ixtisas təhsili üçün ilk növbədə qeydiyyatdan keçmək lazımdır:

Təkrar ali və ya orta ixtisas təhsili almaq istəyən şəxslər ilk öncə portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər. 

Əgər “portal”da qeydiyyatınız varsa, o zaman birbaşa “Əlavə təhsilə elektron sənəd qəbulu” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız:

Təkrar ali və orta ixtisas təhsili zamanı Dövlət İmtahan Mərkəzinin keçirdiyi müvafiq qəbul imtahanlarına daxil olmursunuz. 

Azərbaycan vətəndaşları portalda “qeyri-DİM” xəttini, əcnəbilər isə özlərinə uyğun digər seçimlər düyməsini sıxmalıdırlar.

Daha sonra qəbul olmaq istədiyiniz  təhsil pilləsi, təhsil səviyyəsi, müəssisə, ixtisas, təhsilalma və ödəniş formasını seçməlisiniz.

Eyni anda bir neçə təhsil müəssisəsinə də müraciət etmək mümkündür:

Düşünməyin ki, bir müəssisəyə qəbul olunmasam, il ərzində əlavə təhsildən yararlana bilməyəcəm. Xeyr, siz eyni anda bir neçə təhsil müəssisəsini seçərək, müraciətinizi təsdiqləyə bilərsiniz. 

Növbəti addım sənədləri əlavə etməkdir:

Bəzən sənədləri əlavə edərkən problemlər yaşana bilir. (Bu xüsusən İOS sistemli smartfonlarda baş verir. Bunun öhtəsindən gəlmək üçün sənədlərinizi PDF formatında, hamısını bir faylda əlavə etməyiniz daha məsləhət görülür. Doldurulması vacib sənədlər xanası "Müraciət et" düyməsinə sıxdıqda qırmızı rəng alır. Əgər xana qırmızı rəng alırsa, oraya müvafiq sənədlər əlavə edilməlidir.

Sənədlərin qəbul edilib-edilmədiyini öyrənmək üçün müəssisədən cavab gözləməlisiniz:

Müraciət etdiyiniz təhsil müəssisəsi sizə sistem və ya SMS vasitəsilə məlumat göndərəcək. Sistem vasitəsilə gələn SMS-i yoxlamaq üçün şəxsi kabinetinizi mütəmadi şəkildə izləməlisiniz.

Qeyd edək ki, bəzi ali təhsil müəssisələri ikinci təhsil üçün qəbul imtahanı və ya müsahibə tətbiq edə bilər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA

Arzu olunan bədən forması üçün 7 QAYDA

5 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

5 may 2025 , 16:47
Maqnit qasırğaları hücum edir:  O qədər güclü olacaq ki...

Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki...

5 may 2025 , 15:27
Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

5 may 2025 , 14:59
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ

Ürək dərmanları PULSUZ OLACAQ

5 may 2025 , 10:56