Azərbaycanda koronavirus daha 19 nəfəri öldürdü -  SON STATİSTİKA
03 mart 2022 18:34 (UTC +04:00)

Azərbaycanda koronavirus daha 19 nəfəri öldürdü - SON STATİSTİKA

0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 570 yeni yoluxma faktı qeydə alınıb, 1 784 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 787 937 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 771 530 nəfər müalicə olunaraq sağalıb, 9 473 nəfər vəfat edib, aktiv xəstə sayı 6 934 nəfərdir.

Ölkədə son sutka ərzində 6 847, hazırkı dövrədək isə 6 579 163 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2684

Oxşar yazılar