Sabah metronun iş qrafiki  dəyişəcək
25 iyun 2026 11:03 (UTC +04:00)

Sabah metronun iş qrafiki dəyişəcək

0

26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

"Bakı Metropoliteni"ndən Lent.az-a bildirilib ki, “28 May-Əhmədli” sahəsində və əksinə olmaqla pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Bununla bağlı stansiyalarda ümumi nəzarəti təmin etmək üçün növbətçilik cədvəli əsasında işçi qüvvəsi də ayrılıb.

Həmçinin qatarlar “Bakmil” stansiyasına və geri şənbə günü, Bənövşəyi xətdə və “Əhmədli-Həzi Aslanov” mənzilində isə şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar