DÇ-2026 : Bosniya və İsveçrədən qələbə
25 iyun 2026 01:08 (UTC +04:00)

DÇ-2026: Bosniya və İsveçrədən qələbə

0

2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start verilib. 

Apasport.az xəbər verir ki, ilk oyun günündə B qrupunun iki görüşü baş tutub. 

Bosniya və Herseqovina millisi Qətərlə qarşılaşıb. Bosniyalılar matçı 3:1 hesablı qələbəylə başa vuraraq qrupu 4 xalla 3-cü pillədə başa vurub. Qətər 1 xalla qrup sonuncusu olub.

Qrupun digər matçında isə İsveçrə Kanadanı məğlub edib: 2:1.

Xallarının sayını 7-yə yüksəldən Avropa təmsilçisi B qrupunu lider tamamlayıb. Kanada 4 xalla ikinci yerdə qərarlaşıb. 

Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənib. 

DÇ-2026
B qrupu, III tur
24 iyun
23:00. Bosniya və Herseqovina - Qətər 3:1

Qol: K. Alaybeqoviç, 29, Al Brake (ö.q), 34, Al Haydos, 41, Mahmiç, 81


23:00. İsveçrə - Kanada 2:1

Qol: R. Varqas, 46, Manzambi, 57, P. Deyvid, 76

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar