Messi 2030-cu il Dünya çempionatında  iştirakı ilə bağlı qərarından DANIŞDI
24 iyun 2026 18:03 (UTC +04:00)

Messi 2030-cu il Dünya çempionatında iştirakı ilə bağlı qərarından DANIŞDI

0

Argentina millisinin kapitanı Lionel Messi gələcək karyera planlarını açıqlayıb.

Lent.az-ın məlumatına görə, bu gün Dünya çempionatı tarixində ən çox qol vuran oyunçunun 39 yaşı tamam olur.

"Komanda yoldaşlarıma kömək edə bildiyim və fiziki cəhətdən özümü yaxşı hiss etdiyim müddətcə oynamağa davam edəcəyəm. 2030-cu il Dünya çempionatında oynayıb-oynamayacağımı bilmirəm. Düzünü desəm, hazırda bu barədə düşünmürəm. Çox uzaq görünür. Dediyim kimi, bir gün yaşayıram və indiki zamana diqqət yetirirəm", - Messi bildirib.

2030-cu il Dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. 1930-cu ildə keçirilən ilk turnirin 100 illiyini qeyd etmək üçün açılış oyunları Argentina, Paraqvay və Uruqvayda keçiriləcək. Messinin 2030-cu il Dünya çempionatında 43 yaşı tamam olacaq.

Bu ilin aprel ayında Ronaldo 2030-cu il Dünya çempionatında 45 yaşında oynaya biləcəyini etiraf edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar