“Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsinə start verildi
01 dekabr 2023 08:14 (UTC +04:00)

“Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsinə start verildi

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” 
layihəsinin icrasına başlayıb.

Lent.az-ın məlumatına görə, layihənin məqsədi gəncləri milli mənəvi dəyərlər və ailə dəyərləri ilə bağlı maarfləndirməkdir.

3 ay davam edəcək layihə çərçivəsində  Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli barədə araşdırma xarakterli 4 yazı hazırlanacaq.

Yazılar mətbuatda dərc ediləcək və aparılan araşdırmalarla bağlı müzakirələr təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2898
avatar

Oxşar yazılar