Azərbaycandan tranzit keçməklə  Ermənistana buğda göndərilib -YENİLƏNİB
24 aprel 2026 11:29 (UTC +04:00)

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib -YENİLƏNİB

0

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir.

5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda aprelin 24-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub. /APA

***

09:27

 

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək.

Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə 5 vaqon buğda Ermənistan Respublikasına yola salınacaq./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar