Türkiyədə aylıq kirayə puluna görə evdən çıxarılan azərbaycanlı həyəcanlı anlar yaşadıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aydın rayonunun Nazilli qəsəbəsində qeydə alınıb.
Ev sahibi aylıq kirayə haqqını 20 min lirəyə qaldırmaq istəyib. Bu isə azərbaycanlı kirayəşin Z.S.-nın etirazına səbəb olub. O, evdən çıxmaq istəmədiyini deyib və qapıya gələn icra məmurlarını mənzilə buraxmayıb. Yaranan səs-küy zamanı Z.S. binanı yandıraram dediyi üçün əraziyə polislər və xilasedicilər cəlb olunub.
Metal sataraq dolanan Z.S. bildirib ki, 2021-ci ildə ortaq razılaşma ilə bu evə köçüb. İki qızı olsa da, ev sahibi A.Y. qızlarını evə buraxmır. A.Y.-nın qızıisə evin kirayə pulu üçün 20 min lirə tələb edir.
Z.S.-nın sözlərinə görə, su və elektrik xərclərini ortaq qarşılamaları barədə razılaşsalar da, borcun çoxunu ona ödətdirirlər. Z.S. həmçinin “BU evə 20 min lirə dəyərmi?” sualı ilə Türkiyə əhalisinə səslənib.
Azərbaycanlı zərərçəkən evdən çıxarılması ilə bağlı məhkəmə qərarına hörmət etdiyini deyərək, köçlə əlaqədar xərclərə kömək olunmasını tələb edib.
Əraziyə gələn polis və xilasedicilər Z.S.-nı razı salıblar və ona möhlət verilib.
