“Azəriqaz” Samux rayonunun kəndlərində payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir
13 iyul 2026 13:05 (UTC +04:00)

“Azəriqaz” Samux rayonunun kəndlərində payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir

0

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.

"Azəriqaz"dan Lent.az-a bildirilib ki, uzun illər istismarda olan, korroziyaya uğrayan qaz xətləri əvəzlənir, torpaqla təmasda olan borular dayaqlar üzərinə qaldırılır.

Hazırda Samux rayonunun iki kəndində - Seyidlər və Füzuli kəndlərində də bu cür işlər görülür.

“Azəriqaz” İB-nin Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi İlkin Behbudovun sözlərinə görə, Seyidlər kəndinin qaz şəbəkəsinin yenidən qurulması, davamlı və keyfiyyətli təbii qazla təmin olunması üçün planlaşdırılmış işlər çərçivəsində təxminən 8 min poqonmetrə qədər müxtəlif diametrli qaz kəmərlərinin dəyişdirilməsi, yenilənməsi və təmir olunması nəzərdə tutulub. 

Abonentlərin payız-qış mövsümündə mavi yanacaqdan davamlı və fasiləsiz şəkildə istifadə edə bilmələri üçün Samux rayonunun Füzuli kəndində də müvafiq işlər görülür.

Ətraflı videomaterialda:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar