Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi
08 oktyabr 2026 12:37 (UTC +04:00)

Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi

0

Bakının Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. 

AYNA-dan Lent.az-a verilən xəbərə görə, məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib. 

Dəyişikliyə əsasən, marşrutların fəaliyyət istiqamətləri belə olacaq:

- 120 nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı; 
- 120E nömrəli marşrut  Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı;
- 121E nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – metronun “Əhmədli” stansiyası.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar