Bakıda 2 yolda hərəkət məhdudlaşır  - YENİLƏNİB
24 iyun 2025 16:47 (UTC +04:00)

Bakıda 2 yolda hərəkət məhdudlaşır - YENİLƏNİB

Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsində iyunun 25-də nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

Lent.az xəbər verir ki, hərəkəti qismən məhdudlaşdırılması yolun qeyd olunan hissəsində təmir işlərinin davam etdirilməsi ilə əlaqəlidir.

Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

***
13:08

26 iyun saat 00:00-dan etibarən Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. 

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, məhdudiyyət Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədardır. Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar