Bu gün səhər saatlarında nüvə alimi Məhəmmədrza Saddiqi Sabir Gilanda İsrailin hücumları nəticəsində ölüb.
Lent.az MOUZE telegram kanalına istinadla xəbər verir ki, bir neçə gün əvvəl onun Tehrandakı evinə təşkil olunan hücum zamanı 17 yaşlı oğlu da öldürülüb.
Bildirilir ki, o, bir neçə müddətdir qayınatasının evinə sığınırmış. Məlumata görə, doktor Saddiqi Sabirin qayınatasının evinə 3 İsrail mərmisi düşüb.
Qeyd olunub ki, iki ay öncə ABŞ Maliyyə Nazirliyi Məhəmmədrza Saddiqiyə qarşı sanksiya tətbiq edib.