Başqasına vəsiyyət edilən evdən övlada pay düşürmü? - CAVAB
24 iyun 2025 12:30 (UTC +04:00)

Başqasına vəsiyyət edilən evdən övlada pay düşürmü? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti sual başqasına vəsiyyət edilən evdən övlada pay düşməsi ilə bağlıdır.

Şəxs ölümündən öncə əmlakını kənar şəxsə vəsiyyət edir. Bəs bu halda vəsiyyət edilən evdən övlada pay düşürmü?

Lent.az xəbər verir ki, əmlak bir neçə başqa şəxsə vəsiyyət edilsədə, vəsiyyət edənin övladlarının mirasda məcburi payı var.

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Miras, əmlak bir neçə başqa şəxsə vəsiyyət edilsədə, vəsiyyət edənin övladlarının mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını(məcburi pay) təşkil etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar