Bakıda çirk içində hazırlanan suşi - Cəzalandılar
15 aprel 2026 17:42 (UTC +04:00)

Bakıda çirk içində hazırlanan suşi - Cəzalandılar

0

Daxil olan vətəndaş müraciəti əsasında Binəqədi rayonu, B.Atakişiyev küçəsi, 5 ünvanında yerləşən, fiziki şəxs Heydər Dağlar oğlu Heydərliyə məxsus suşi emalı müəssisəsində plandankənar yoxlama aparılıb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, temperatur rejiminin gözlənilmədiyi, baytarlıq-ekspertiza sənədləri olmayan balıq məhsullarından istifadə edildiyi, qida məhsullarının və qablaşdırma materiallarının birbaşa döşəmənin üzərində saxlandığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçilərin sağlamlıq arayışlarının mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb.

Müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb. Suşi məhsullarından nümunələr götürülərək mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar