Bakıda çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
07 yanvar 2023 16:36 (UTC +04:00)

Bakıda çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Azərbaycanda hava kəskin dəyişəcək.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Məlumata görə, yanvarın 8-dən başlayaraq 12-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Bildirilir ki, şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. 8-i gündüzdən 10-u gündüzədək arabir çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 8-dən başlayaraq 12-si səhərədək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Külək: şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

Yollar buz bağlayacaq.

# 5199
avatar

Oxşar yazılar

Bakıda 1239 qəzalı bina sökülüb

Bakıda 1239 qəzalı bina sökülüb

1 aprel 2023 , 18:08
Sabah intensiv qar yağacaq, şaxta olacaq - PROQNOZ

Sabah intensiv qar yağacaq, şaxta olacaq - PROQNOZ

1 aprel 2023 , 13:13
Bu rayona 22 sm qar yağıb - FAKTİKİ HAVA

Bu rayona 22 sm qar yağıb - FAKTİKİ HAVA

1 aprel 2023 , 10:57
Qaxa 7 sm qar yağıb

Qaxa 7 sm qar yağıb

1 aprel 2023 , 09:35
Bakı havasında dəm qazının miqdarı normadan 1,6 dəfə   çox olub

Bakı havasında dəm qazının miqdarı normadan 1,6 dəfə çox olub

1 aprel 2023 , 01:55
“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu -FOTO

“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu -FOTO

31 mart 2023 , 21:07
Sabahın  havası ilə bağlı   XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

31 mart 2023 , 19:53
Bu rayonlara  qar yağıb   - FAKTİKİ HAVA - VİDEO

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA - VİDEO

31 mart 2023 , 19:39