Bakıda daha üç küçədə  təmir başlayır
05 avqust 2026 21:35 (UTC +04:00)

Bakıda daha üç küçədə təmir başlayır

0

Bakıda daha üç yol sahəsində təmir işlərinə başlanılır.

Lent.az xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar aşağıdakı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq:

  • Suraxanı rayonu, 14 İyul küçəsi;
  • Yasamal rayonu, Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsi;
  • Səbail rayonu, Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsi.

Qeyd olunub ki, həmin küçələrdə hərəkət avqustun 6-sı saat 08:00-dan avqustun 7-si saat 22:00-dək qismən, avqustun 7-si saat 23:00-dan avqustun 10-u saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar