Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun  qızı imiş
13 sentyabr 2026 18:05 (UTC +04:00)

Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş

0

Sentyabrın 12-də Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az Unikal-a istinadən xəbər verir ki, Nicat və Sitarə adlı cütlüyün toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb.

Məlum olub ki, Nicat adlı bəylə ailə həyatı quran xanım Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızıdır.

Sitarə xanım özü isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki SOCAR International DMCC-də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışır.

Qeyd edək ki, toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.

Dövlət Əmək Müfəttişliyi Xidməti E.Feyzullayevin 1 ildən çoxdur ki, vəzifədən azad olunduğunu bildirsə də, bu dəqiqələrə qədər onun adı qurumun saytında görünürdü. Xəbər yayılandan sonra isə onun adı və vəzifəsi saytdan çıxarılıb.

 


Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - FOTO

  • Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - FOTO

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar