Bakıda kömür dərmanı “yoxa çıxıb” – Rəsmi qurumlar susur
16 may 2025 13:16 (UTC +04:00)

Bakıda kömür dərmanı “yoxa çıxıb” – Rəsmi qurumlar susur

Bakıda son vaxtlar aktivləşdirilmiş kömür tozu dərmanı demək olar ki, yoxa çıxıb. Nadir apteklərdə bu dərmanı tapmaq olur, o da demək olar ki, çox az sayda həb verilir. İnsanlar bundan narazılıq edirlər. Hətta belə fikirlərdə var ki, bir müddətdən sonra dərmanın satışı tamamilə dayanacaq. 

Lent.az bu dərmanın satışda azalmasının səbəblərini sizlər üçün araşdırıb:

Bununla bağlı ilk olaraq Səhiyyə Nazirliyinə müraciət olundu. Nazirlikdən bizi Analitik Ekspertiza mərkəzinə (AEM) yönləndirdilər. Analitik Ekspertiza Mərkəzinin isə cavabı belə oldu:

“Mərkəz apteklərdə satış məsələsinə və ya dərmanın bazarda olub-olmaması işlərinə müdaxilə etmir. Bizim funksiyamız dərman vasitəsinin sənədlərini və keyfiyyətini yoxlamaqdır. Əgər dərman uyğun gəlirsə, biz ona idxal icazəsi veririk. Amma dərmanı ölkəyə gətirən – satışa çıxaran – özəl şirkətlərdir”.

Beləcə, aktivləşdirilmiş kömür tozu dərmanının nədən “yoxa çıxdığı”nı səbəbini öyrənəcək qurum tapılmadı. Amma əməkdaşımız bir neçə aptekə baş çəksə də həqiqətən də çoxdandır bizə tanış olan və qiyməti də uyğun gələn dərmanı tapa bilmədi. Ümid edirik ki, bu problemin səbəbini açıqlayacaq qurum ortaya çıxıb jurnalistə cavab verəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209

Oxşar yazılar