Bakıda məktəbdə kütləvi zəhərlənmə  olub? - AÇIQLAMA - YENİLƏNİB
01 may 2026 18:33 (UTC +04:00)

Bakıda məktəbdə kütləvi zəhərlənmə olub? - AÇIQLAMA - YENİLƏNİB

0

Məktəbdə baş verən hadisə ilə bağlı araşdırma aparılır. 

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb. Polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb.

Araşdırmalar davam etdirilir.

***

saat 18:18

Bu gün saat 15:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xətai rayonu, 257 nömrəli məktəbdən nəm salfetdən keçən allergiya səbəbilə çağırış qeydə alınıb.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə yerində ilkin tibbi yardım olunub.

***

saat 17:51

Sosial şəbəkələrdə Bakı şəhəri Xətai rayonu 257 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə hadisəsinin baş verdiyi ilə bağlı iddialar səsləndirilib.

257 nömrəli tam orta ümumtəhsil məktəbdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 1-də nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub. 

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib.  

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

Hazırda şagirdlərin vəziyyəti normaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar