Bakıda nəqliyyatın hərəkəti İFLİC OLDU:  15 yolda TIXAC - SİYAHI
06 iyun 2022 09:18 (UTC +04:00)

Bakıda nəqliyyatın hərəkəti İFLİC OLDU: 15 yolda TIXAC - SİYAHI

Bakının əksər küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, tıxac aşağıdakı yollarda qeydə alınır:

1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

2.  Moskva prospektində -  Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq 

3.  Binəqədi şossesində - mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində Biləcəri-Baksol yolu ilə kəsişməyədək sıxlıq 

4.  Rövşən Mustafayev küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda  Ziya Bünyadov prospekti istiqamətində sıxlıq 

5.  Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən 20 yanvar dairəsinə qədər sıxlıq

6.  Tbilisi prospektində - 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində sıxlıq 

7.  Ziya Bünyadov prospektində - Olimpiya stadionunun yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq 

8.  Abbasqulu ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində sıxlıq

9.  Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Heydər Əliyev prospekti istiqamətində sıxlıq 

10.  Aeroport şossesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək sıxlıq

11.  Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər kənar yolda sıxlıq 

12.  Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq 

13.  Yusif Səfərov küçəsində - Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, hər iki istiqamətdə Heydər Əliyev prospekti və Cavanşir körpüsü istiqamətində 28 may küçəsi ilə kəsişməyə qədər sıxlıq 

14.  Qara Qarayev prospekti – Şirin Mirzəyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq 

15.  Şəmsi Bədəlbəyli küçəsinin, Azərbaycan prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

Qeyd: iyunun 10-dan 12-dək baş tutacaq 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun gecə 1:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Hərəkət 14 iyun səhər saatlarından etibarən bərpa olunacaq.

# 4782
avatar

Mehman Nəbiyev

Oxşar yazılar