Bakıda təmirlə əlaqədar bu yol bağlanacaq
09 iyul 2026 20:59 (UTC +04:00)

Bakıda təmirlə əlaqədar bu yol bağlanacaq

0

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq:

  • 10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək;
  • 11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.

Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar