Bakıda  "yarımçıq asfalt"   çəkilib? - "Yolun o biri üzü keçilməz   haldadır"-VİDEO
23 sentyabr 2026 16:45 (UTC +04:00)

Bakıda "yarımçıq asfalt" çəkilib? - "Yolun o biri üzü keçilməz haldadır"-VİDEO

0

Bakının Yeni Günəşli qəsəbəsində çəkilən asfaltın görüntüləri sosial şəbəkələrdə gündəm olub. Bildirilir ki, Yeni Günəşlidə yolun yarısına qədər asfalt çəkilib. Əsas hissə - V massivində yolların vəziyyəti bərbad vəziyyətdə olmasına baxmayaraq, həmin hissə asfaltlanmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri üzrə təmir işləri əvvəlcədən tərtib olunmuş qrafik əsasında, rayon və yaşayış məntəqələri üzrə mərhələli şəkildə həyata keçirilir:

“İyunun 15-dən etibarən Bakı şəhərinin 12 inzibati rayonunda təmirə ehtiyacı olan küçə və yollarda işlərə başlanılıb. Ümumilikdə 110 küçə və prospekti əhatə edən proqram çərçivəsində artıq 80-ə yaxın küçədə təmir işləri yekunlaşdırılıb.

Şəhərin mərkəzi hissəsini əhatə edən Yasamal, Nərimanov, Nəsimi, Nizami, Xətai və Səbail rayonlarında nəzərdə tutulan əsas təmir işləri artıq başa çatdırılıb. Digər 6 inzibati rayonda isə işlər təsdiq edilmiş qrafikə uyğun olaraq davam etdirilir.

Təmir işlərinin bütün ərazilərdə eyni vaxtda aparılması texniki baxımdan mümkün olmadığından proses mərhələli şəkildə təşkil olunur. Növbəti mərhələlərdə də Agentliyin balansında olan və təmirə ehtiyacı müəyyən edilmiş digər küçə və yollar, o cümlədən qeyd olunan yaşayış massivindəki yollar qrafikə uyğun şəkildə təmir olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar