Bakının 556 küçəsi yuyuldu:  axşam da konsert var - FOTO
15 avqust 2026 17:07 (UTC +04:00)

Bakının 556 küçəsi yuyuldu: axşam da konsert var - FOTO

0

Bu gün paytaxtın sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə təmizliklə bağlı genişmiqyaslı ümumçəhər daxili iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 556 əsas küçə və prospekti bitki və digər canlılar üçün ziyansız yuyucu maddələrlə yuyulub. İməclik zamanı istifadə edilən yuyucu maddələr xarici ölkələrdə də geniş istifadə edilir və heç bir təhlükəsi yoxdur. Eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Həmçinin paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bu gün axşam saat 19-dan sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət məkanları olan Xətai rayonundakı “Nizami Gəncəvi” parkında, Nərimanov rayonunda “Gənclik” metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parkında açıq hava konsertləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar