Bakının "balaca Vyetnamı" - Vunq Tau HARADIR?
30 noyabr 2022 20:15 (UTC +04:00)

Bakının "balaca Vyetnamı" - Vunq Tau HARADIR?

Vunq Tau küçəsi...

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz? 

Doğma küçələrimizin yad adları çox vaxt diqqətimizi çəkir. Niyə qoyulub bu adlar?

İnsanın ağlına ilk gələn budur ki, əgər bir küçəyə hansısa adı verilibsə, deməli, hansısa səbəbi var. 

Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik? 

Lent.az elə burdan yola çıxaraq “Bakı küçələrinin tanımadığımız adları” adlı rubrikasında sizə paytaxtın küçə və prospektlərinə verilən adların tarixindən danışacaq.

Rubrikamızda budəfəki yazısı “Vunq Tau” küçəsi ilə bağlı olacaq. Haqqında danışacağımız küçə Bakının Xətai rayonunda yerləşir. 

“Vunq tau” sözünün mənası nədir? Bu ad haradan götürülüb? 

Arayış:

Vunq Tau Vyetnamın Baria-Vunqtau əyalətində yerləşən bir şəhərdir. Bu şəhər 1296-cı ildə Tianbo kimi tanınırdı. 1658-ci ildə şahzadə Nquyen Fuk Tan iki min nəfərlik dəstə ilə şəhəri ələ keçirərək ona “Tam Thang” adını verib və ətrafında Phuoktuy əyalətini yaradıb.

1775-ci ildən Portuqaliya və Fransanın ticarət gəmiləri buxtaya girməyə başlayıb. İmperator Zya Lonq sahilləri və çayın ətrafını pirat gəmilərdən qorumaq üçün qala tikməyi əmr edib. Qalada üç qoşun növbə ilə xidmət edirdi. 

1859-cu il fevralın 10-da qalanın müdafiəçiləri admiral Şarl Riqaud de Genuilinin komandanlığı ilə yaxınlaşan 12 gəmidən ibarət Franko-İspan donanmasına toplardan atəş açıblar. Vyetnamlılar məğlub olublar və fransızlar mart ayında tutduqları Sayqona yol açıblar. Vunq Tau şəhəri Sayqonun dənizdən müdafiəsində mühüm bir nöqtə olub. 1864-cü ildə Vunq Tau şəhəri Baria şəhəri ilə birləşdirilib və Sayqona verilib.

1776-cı ildə Vunq Tau adı Vyetnam tarixçisi Le Cuy Don tərəfindən Ticarətin İdarə Edilməsi üzrə Müxtəlif Qeydlər adlı salnamədə qeyd edilib. O, Vunq Tau körfəzinin dağlardan enən çaylara görə çoxlu balıqçı qayıqlarını özünə cəlb etdiyini yazırdı. Fizika və Yer İnstitutunun statistikasına görə, bu ərazidə hər 50 ildən bir zəlzələ olma ehtimalı var.

2012-ci ildən etibarən Vunq Tau Ba Ria-Vunq Tau əyalətinin tabeliyində olan şəhər statusunu alıb.

Vyetnam Vunq Tau şəhəri

Bəs, Bakının Xətai rayonunda yerləşən küçəyə niyə Vunq Tau şəhərinin adı verilib?

Çoxlu gözəl çimərliklərə və tam sərmayə qoyulmuş infrastruktura malik Vunq Tau cənubda məşhur turizm məkanıdır. Bundan əlavə, şəhər həm də Vyetnamın neft və qaz sənayesinin logistika sahəsidir. Elə Vunq aunu Bakı ilə birləşdirən əsas səbəb budur. Vunq Tau Bakı ilə qardaşlaşmış şəhərdir. Şəhərdəki neft sənayesi müəssisələrində çalışan yerli mütəxəssislərin böyük əksəriyyəti Azərbaycan Neft və Sənaye İnstitutunun məzunlarıdır.

Eyni zamanda, 1988-ci ildə "Azərbaycanfilm" Kinostudiyası tərəfindən Bakı və Vunq Taunun dostluğu haqqında "Ağ pələnglə görüş" filmi çəkilib. Elə bu qardaşlaşmış şəhər adı altında Bakının Xətai rayonun, Gəncə prospektində küçələrin birinə “Vunq Tau” adı verilib. 

Bu da belə...

Əgər yolunuz bu küçədən düşərsə, Vyetnamla Bakının qardaşlamış əlaqələrini siz də xatırlayın.

Xətai rayonunda yerləşən Vunq Tau küçəsi

Vunq Tau

# 4725
avatar

Fidan İlqar

Oxşar yazılar

Toyda qonaq  gəlinləri səhv saldı:   Kütləvi dava düşdü

Toyda qonaq gəlinləri səhv saldı: Kütləvi dava düşdü

6 fevral 2023 , 00:05
xarici işlər naziri Ceyhun Bayramov, İranda səfirliyə hücum zamanı yaralananları ziyarət

Nazir İranda səfirliyə hücum zamanı yaralananları ziyarət etdi-FOTO

5 fevral 2023 , 18:38
Küçəyə atılan körpənin anası tapıldı

Küçəyə atılan körpənin anası tapıldı

5 fevral 2023 , 16:47
Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

5 fevral 2023 , 16:45
İntihar edən vəkilin üzərində əlyazma aşkarlanıb

İntihar edən vəkilin üzərində əlyazma aşkarlanıb

5 fevral 2023 , 15:46
Sabah hava belə olacaq-PROQNOZ

Sabah hava belə olacaq-PROQNOZ

5 fevral 2023 , 13:06
Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün, nələr öyrənirlər? - VİDEO

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün, nələr öyrənirlər? - VİDEO

4 fevral 2023 , 17:07
"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

4 fevral 2023 , 16:22