İnsan ölümsüz ola bilər – Alimlər detalları AÇIQLADI
02 iyul 2025 13:34 (UTC +04:00)

İnsan ölümsüz ola bilər – Alimlər detalları AÇIQLADI

Bəzi alimlər uzun illərdir ki, insanın ölümsüz olub-olmadığını araşdırır. Onlardan biri hesab edir ki, insanlar əgər sağlam olsalar,  1000-dən 20 min ilə qədər yaşaya bilərlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki Birmingem Universitetinin iltihab və yaşlanma institutunda çalışan molekulyar biogelogiya üzrə professor Juan Pedro de Maqalyaeş gələcəkdə insanlar minlərlə il yaşaya biləcəklərini qeyd edir.

Maqalyaeş yaşlanmanın tamamilə dayandırıla biləcəyinə inanan alimlərdəndir. O, uzunömürlü heyvanların, məsələn, Qrenlandiya balinası və çılpaq siçanların genomlarını öyrənir. Alimin fikrincə, gələcəyin biogerontologiyası yaşlanma prosesini tamamilə dayandırmağa yönəlib.

Alim deyir: “Biz DNT-nin bərpasını və hüceyrələrin yenidən proqramlaşdırılmasını öyrənməliyik ki, yaşlanma prosesi tamamilə dəyişsin.”Qrenlandiya balinasında aşkarlanan mexanizmlərdən biri də DNT-nin bərpa qabiliyyətidir. Bu xüsusiyyət ona müxtəlif xəstəliklərlə mübarizə aparmaqda kömək edir.

Maqalyaeş qeyd edir ki, əgər yaşlanma insanın DNT-sində proqramlaşdırılıbsa, o zaman bu genləri dəyişdirməklə hüceyrələri yenidən proqramlaşdırmaq mümkündür. O inandığını bildirir ki, gələcək tibb bu inkişaf səviyyəsinə çatacaq.

“1920-ci illərdə babam pnevmoniyadan vəfat etmişdi. O dövrdə bu xəstəlik əsas ölüm səbəblərindən biri idi. Amma indi bir doza penisillinlə onu sağaltmaq mümkündür. Eyni yanaşmanı yaşlanmaya da tətbiq edə bilərik,” – deyə alim fikrini bölüşüb”.

Onun fikrincə, gələcəkdə insanlar hər gün qəbul edilən və yaşlanma riskini azaldan dərmanlar, statinlərə bənzər preparatlar istifadə edəcəklər. “Əgər insan yaşlanmasını cəmi 5-10% ləngidə bilsək, bu artıq inanılmaz nəticə olar. 1000 və ya 20 min il yaşamaq sabah baş verməyəcək, amma bir neçə əsr sonra – niyə də yox?” – deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224

Oxşar yazılar