“Azərlotereya”nın “Poz-Qazan” tarixində ən böyük uduş olan “Prestij” lotereyasında ilk 500 000 manat qazanılıb.
Uğurlu bilet Ordubad sakini Hüseyn Bünyatova nəsib olub. 66 yaşlı Hüseyn dayı Bakıya yeni doğulmuş nəvəsini görməyə gələrkən Bakıxanov qəsəbəsində yerləşən marketlərin birindən aldığı “Prestij” lotereyasında ən böyük uduş – 500 000 manata sahib olub. Sevincindən ağladığını deyən Hüseyn dayı qazandığı məbləğlə uzun illər kirayədə yaşayan oğluna və qızına ev alacağını, bir hissəsini isə Qarabağ Dirçəliş Fonduna ianə edəcəyini bildirib.
Əli düşərli satıcı Elçin Mehdiyev də belə gözəl bir hadisəyə vəsilə olduğu üçün məmnunluğunu qeyd edib. Qalib qədər sevincli olan Elçin bəy bunun böyük bir şans olduğunu vurğulayıb.
Qiyməti 10 manat olan “Prestij”də ikinci ən böyük uduş – yarım milyon manat sahibini gözləyir.
“Azərlotereya”nın digər “Poz-Qazan” biletlərində də 200 000, 100 000, 75 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar şanslı qaliblərini axtarır.
Biletləri “Azərlotereya” və “Misli” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.

Bakıya nəvəsini görməyə gələn baba “Poz-Qazan”dan yarım milyon uddu
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54