Bayram günləri 50 minə yaxın insan  həkimə düşdü
01 aprel 2026 11:01 (UTC +04:00)

Bayram günləri 50 minə yaxın insan həkimə düşdü

0

 

20-30 mart tarixlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 922 çağırış daxil olub.

Lent.az-a TƏBİB-dən bildirilib ki, çağırışlardan 2 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 129 çağırış daxil olub. 2 059 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Bakı şəhəri üzrə ən çox müraciət 21.03.2026-cı il tarixində qeydə alınıb.

Belə ki, müraciət sayı 2 255, hospitalizasiya olunanların sayı 243 nəfər təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji, respirator və digər xəstəliklərlə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar