"Bəşəriyyət çox uzağa gedib":  Vanqanın 2026-cı il üçün dəhşətli  PROQNOZLARI
17 yanvar 2026 20:15 (UTC +04:00)

"Bəşəriyyət çox uzağa gedib": Vanqanın 2026-cı il üçün dəhşətli PROQNOZLARI

0

11 sentyabr terror aktını və COVID-19 pandemiyasını proqnozlaşdıran bolqarıstanlı kahin Baba Vanqa bu il bəşəriyyətin ilk dəfə yadplanetlilərlə əlaqə quracağını və Üçüncü Dünya Müharibəsinə başlayacağını proqnozlaşdırıb.

Lent.az xarici KİV-ə istinadla bildiri ki, balkanların Nostradamusu, bolqarıstanlı kahin Vanqa kimi tanınır, 1996-cı ildə vəfat edib, lakin onun peyğəmbərlikləri sui-qəsd nəzəriyyəçilərini hələ də həyəcanlandırır. Bu il onun tarixin axarını dəyişdirəcək hadisələri proqnozlaşdırdığı iddia edilir.

Nəhəng gəmi və III Dünya Müharibəsi

Onun 2026-cı il üçün ən maraqlı proqnozu yadplanetlilərlə təmasdır. Vanqa iddia edib ki, 2026-cı ilin noyabr ayında nəhəng bir kosmik gəmi Yer atmosferinə daxil olacaq. Lakin, kahin yadplanetlilərin niyyətlərini dəqiqləşdirməyib.

Daha dəhşətli bir peyğəmbərlik isə 2026-cı ildə III Dünya Müharibəsinin başlaması ilə bağlıdır. Fövqəlgüclər arasında mövcud münaqişələr və gərginlik fonunda bu sözlər xüsusilə həyəcanverici səslənir.

Vanqa həmçinin xəbərdarlıq edib ki, cəmiyyət texnoloji və mənəvi cəhətdən "həddindən artıq irəli getdiyini" anladıqda geri dönüş nöqtəsinə yaxınlaşır.

Apokalipsis təqvimi: sonra nə baş verəcək?

Vanqa dünyanın dərhal yox olmayacağına və sonun yalnız 5079-cu ildə gələcəyinə inanıb.

Onun futuroloji proqnozundakı əsas tarixlər bunlardır:

2028-ci il: İnsanlar Veneranı enerji mənbəyi kimi istismar etməyə başlayacaqlar.

2033-cü il: Qütb buzlaqları əriyəcək və bu da dəniz səviyyəsinin fəlakətli şəkildə qalxmasına səbəb olacaq (bu, iqlim dəyişikliyi kontekstində sosial media istifadəçiləri arasında ən çox yayılmış mövzudur).

2076-cı il: Kommunizm dünyanın hər yerinə yayılacaq.

2170-ci il: Böyük quraqlıq planetin böyük bir hissəsini viran qoyacaq.

3005-ci il: Yer kürəsi Marsdakı sivilizasiya ilə müharibə aparacaq.

3797-ci il: Planet yaşanmaz hala düşəcək və insanlar başqa yerə köçmək məcburiyyətində qalacaqlar.

5079-cu il: Dünyanın sonu.

Kəhanətlərə inanmalıyıqmı?

Vanqanın pərəstişkarları onu şahzadə Diananın ölümünü və Nyu-Yorkdakı terror hücumlarını dəqiq proqnozlaşdırdığına görə qiymətləndirsələr də, onun fəaliyyəti qüsursuz deyil.

Məsələn, o, səhvən Barak Obamanın ABŞ-ın sonuncu prezidenti olacağını və Üçüncü Dünya Müharibəsinin 2010-cu ildə başlayacağını iddia edib. Onun yadplanetlilərin 2025-ci ildə böyük bir idman tədbiri zamanı özlərini ortaya çıxaracağı ilə bağlı proqnozu da özünü doğrultmayıb.

Xatırladaq ki, 1960-cı ildə Amerika alimlərinin apardığı hesablamalara görə, "Qiyamət günündən" cəmi 300 gündən bir qədər çox vaxtımız qalıb. Lakin bəşəriyyət artıq bu dəhşətli tənliyi "pozub" və əhali artım tempindəki dəyişikliklər sayəsində apokalipsisi qeyri-müəyyən müddətə təxirə salıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar