Bəzi rayonlarda yağış yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
24 noyabr 2023 11:15 (UTC +04:00)

Bəzi rayonlarda yağış yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Noyabrın 24-ü səhər saatlarına olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi şərq rayonlarında yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, yağış Quba, Qusar, Şəki, Xaçmaz, Şabran, Şahdağ, Xaltanda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Quba, Qusar, Xaltan, Qrızda duman müşahidə olunub. Şimal-qərb küləyi arabir Tərtərdə 22 m/s, Şahdağ, Mingəçevir, Balakəndə 20 m/s, Bərdə 19 m/s, Şəki, Sabirabad, Ağdam, Naftalanda 18 m/s, Lerik, Gədəbəydə 16 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 26 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3612
avatar

Oxşar yazılar