Təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məhdudiyyət 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək qüvvədə olacaqdır.
Göstərilən müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şossesindən istifadə edə bilərlər.