Bu bölgəyə 30 sm qar  yağdı
02 yanvar 2026 09:44 (UTC +04:00)

Bu bölgəyə 30 sm qar yağdı

0

Şimal-qərb bölgəsinə 30 sm qar yağıb.

Lent.az APA-ya istinadla bildirir ki, son günlər şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Yanvarın 1-i axşam saatlarından başlayaraq bölgənin əksər ərazilərinə qar yağır. Temperatur yüksək dağlıq ərazilərdə -15 dərəcəyə qədər düşüb.

Qax, Zaqatala və Şəki rayonlarının ərazilərinə daha çox qar yağıb. Hazırda Qax rayonunun Sarıbaş kəndində qarın hündürlüyü 30-sm, İlisu kəndində 20 sm, Zaqatalanın Car kəndində isə 15 sm-dan çoxdur.

Qarın yağması ilə bağlı bölgəyə işığın və təbii qazın verilməsində ciddi problem yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar