Bu il yay  çox isti   olacaq - HƏYƏCAN TƏBİLİ
04 may 2026 11:12 (UTC +04:00)

Bu il yay çox isti olacaq - HƏYƏCAN TƏBİLİ

0

2025-ci ildə Avropa tarixində ən isti dövrlərdən birini yaşayıb.

Lent.az xəbər verir ki, bu barədə Dünya Meteorologiya Təşkilatı və Kopernik Proqramı məlumat yayıb.

Bildirilir ki, qitənin demək olar, bütün ərazilərində temperatur normadan yüksək olub və bəzi göstəricilər üzrə il rekord kimi qeydə alınıb. İstilər həm quruda, həm də dənizlərdə hiss olunub.

Güclü istilik dalğaları, genişmiqyaslı meşə yanğınları, quraqlıqlar və buzlaqların sürətlə əriməsi qeydə alınıb. Dəniz suyunun temperaturu artıq dördüncü ildir ki, rekord səviyyəyə çatır. 2025-ci il isə 1990-cı illərin əvvəlindən bəri ən quraq illərdən biri kimi qiymətləndirilir.

Alimlər bildirirlər ki, Avropanın ərazisinin 99 faizə qədəri yüksək temperaturun təsiri altına düşüb. Bu, ilk dəfədir ki, qitənin demək olar ki, hamısı iqlim normasından daha isti olub. Qeyd olunur ki, Avropa digər regionlarla müqayisədə daha sürətlə isinməkdə davam edir.

Mütəxəssisləri narahat edən digər amil isə yaxın illərdə gözlənilən El-Nino hadisəsidir. Proqnozlara görə, bu iqlim fenomeni XXI əsrin ən güclülərindən biri ola bilər və 2027-ci ilə qədər temperaturun daha da artmasına səbəb ola bilər.

Artıq alimlər 2026-cı ilin də tarixdə ən isti illərdən biri ola biləcəyini bildirirlər. Qışın nisbətən soyuq keçməsinə baxmayaraq, temperatur sürətlə yüksəlir və mart ayı Avropada müşahidə tarixinin ən isti aylarından biri kimi qeydə alınıb.

Hesabatda həmçinin Avropada meşə yanğınlarının sahə və emissiya baxımından rekord səviyyəyə çatdığı, eləcə də buzlaqların ciddi şəkildə azaldığı vurğulanır. Məsələn, Qrenlandiya buz örtüyü 139 giqaton azalıb ki, bu da hər saat təxminən 100 olimpiya hovuzuna bərabər su itkisi deməkdir.

Bundan əlavə, şaxtalı qış günlərinin sayı da azalır. Ekspertlər xəbərdarlıq edirlər ki, əgər ciddi tədbirlər görülməzsə, iqlim dəyişikliklərinin təsirləri daha da güclənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 96

Oxşar yazılar