Bu nömrələrdən gələn zəngləri  açmayın
18 may 2026 10:56 (UTC +04:00)

Bu nömrələrdən gələn zəngləri açmayın

0

Telefon fırıldaqçıları getdikcə daha hiyləgər üsullardan istifadə etsələr də, onları bəzi xarakterik əlamətlərə görə tanımaq mümkündür.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, əsas təhlükə şəxsi məlumatların əldə edilməsinə yönəlmiş suallardır.

Bank kartının PIN və CVV kodları, SMS-lə göndərilən təsdiq kodları, parollar və tam pasport məlumatları heç vaxt telefon vasitəsilə paylaşılmamalıdır. Rəsmi banklar və dövlət qurumları bu məlumatları telefonla tələb etmir.

Bildirilir ki, dələduzlar çox vaxt özlərini bank əməkdaşı, polis və ya təhlükəsizlik xidməti nümayəndəsi kimi təqdim edir. Onlar inandırıcı və sərt tonda danışaraq hesabların bloklanacağı və ya cinayət məsuliyyəti ilə hədələyərək qarşı tərəfə psixoloji təzyiq göstərirlər.

Mütəxəssislər şübhəli zənglər zamanı “bəli”, “razıyam” kimi təsdiqedici cavablardan da çəkinməyi tövsiyə edirlər. Əgər qarşı tərəfin kimliyinə əmin deyilsinizsə, danışığı dərhal dayandırmaq və rəsmi qurumla birbaşa əlaqə saxlamaq məsləhətdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar