Bu ölkədə 1 milyondan çox ailə eyvanda  günəş enerjisi   istehsal edir
02 oktyabr 2026 18:43 (UTC +04:00)

Bu ölkədə 1 milyondan çox ailə eyvanda günəş enerjisi istehsal edir

0

Almaniyada bir milyondan çox ev təsərrüfatı artıq eyvanlarında günəş panelləri quraşdırıb.

Lent.az xarici mediaya istinadən xəbər veri ki, ölkə qanunvericiliyinə görə, belə sistemlərin gücü 800 vattla məhdudlaşdırılır. Bununla belə, bu güc, məsələn, soyuducu və noutbuku elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir.

Almaniyada əhalinin təxminən 55 faizi kirayə mənzillərdə yaşayır. Evin damı daşınmaz əmlak sahibinə məxsus olduğundan, kirayəçilərin sərbəst istifadə edə bildiyi yeganə sahələrdən biri balkon hesab olunur.

800 vattlıq məhdudiyyət təsadüfi seçilməyib. Bu göstərici köhnə çoxmənzilli binalardakı elektrik xətlərinin imkanlarına uyğun hesab edilir və sistemin adi elektrik rozetkası vasitəsilə təhlükəsiz şəkildə qoşulmasına şərait yaradır.

Standart balkon günəş sistemi ildə təxminən 600–900 kilovat-saat elektrik enerjisi istehsal edə bilər. Bunun kiçik bir ailənin elektrik enerjisi xərclərini təxminən 10–25 faiz azaltmağa imkan verdiyi bildirilir.

Qanunda nəzərdə tutulan 800 vattlıq məhdudiyyət günəş panellərinin ümumi gücünə deyil, inverterin çıxış gücünə aiddir. Panellərin ümumi gücü isə 2000 vatta qədər ola bilər.

Balkon günəş sistemləri əsasən gündüz saatlarında elektrik tələbatını qarşılayır. İstehsal olunan artıq enerji isə ümumi elektrik şəbəkəsinə ötürülür.

Məhz buna görə də kiçik enerji akkumulyatorları Almaniyada getdikcə daha çox populyarlıq qazanır.

Akkumulyatorlar gündüz istehsal olunan artıq enerjini saxlayaraq onun axşam və gecə saatlarında istifadəsinə imkan verir.

Günəş panellərinin səmərəliliyini artırmağın əsas yollarından biri onların səthini təmiz saxlamaqdır. Toz, kir və quş ifrazatı panellərin üzərində toplanaraq günəş şüalarının səthə çatmasına mane ola və enerji istehsalını azalda bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar