Bu ölkədə bir həftədə  45 nəfər isti vurmasından ölüb
29 iyul 2026 18:54 (UTC +04:00)

Bu ölkədə bir həftədə 45 nəfər isti vurmasından ölüb

0

Yaponiyada iyulun 20-26-da təxminən 18.600 insan isti vurması ilə xəstəxanalara yerləşdirilib, onlardan 45-i ölüb. 

Lent.az xarici mediaya istinadən bildirir ki, təcili yardım xidmətlərinə nəzarət edən İnzibati İşlər və Kommunikasiya Nazirliyinin məlumatına görə, zərərçəkənlərin sayı əvvəlki həftə ilə müqayisədə 7.700-dən çoxdur və 2026-cı ildə ən yüksək göstəricidir.

İsti vurması ilə xəstəxanalara yerləşdirilənlərin 710-dan çoxu üç həftədən çox müddətə xəstəxanada qalıb. Təsirə məruz qalanların təxminən 58 faizi 65 yaşdan yuxarı olub.

Yaponiyada iyulun 21-dən bəri bəzi ərazilərdə 40 dərəcədən yuxarı temperatur qeydə alınıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar