Bu qadınlar işə 1 saat gec gəlib, 1 saat tez getsin  - Deputatdan TƏKLİF
24 may 2024 13:12 (UTC +04:00)

Bu qadınlar işə 1 saat gec gəlib, 1 saat tez getsin - Deputatdan TƏKLİF

İşləyən, uşağı olan qadınlar çətinlik çəkir, qayğılarla yüklənir.

Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Deputat təklif edib ki, Əmək Məcəlləsinə ailəli və uşaqlı qadınların işə 1 saat gec gəlib, 1 saat tez getməsi ilə bağlı maddə salınsın: Qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir. İşdən gəldikdən sonra isə ev işləri ilə, uşağının dərsləri ilə məşğul olur. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür edə bilərsiniz”./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3282
avatar

Oxşar yazılar